Su Bakıya daxil oldu - VİDEO

10:47 - 16 Avqust 2024 - Cəmiyyət

Su Oğuz-Qəbələ-Bakı kəmərindən paytaxta daxil oldu

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Ceyranbatan Su Təchizatı İdarəsindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su Bakı şəhərinə daxil olur.

Bildirilir ki, öncədən də elan edildiyi kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri ilə əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. 

Xəbər xətti