Virusa yoluxmamaq üçün düzgün qidalanmalıyıq - XƏBƏRDARLIQ

18:35 - 15 Avqust 2024 - Cəmiyyət

Biz virus əsrində yaşayırıq və hər bir sürprizlərə hazır olmalıyıq. Ona görə də əhali arasında kütləvi immun sisteminin möhkəmlənməsi istiqamətində tədbirlər, zərərli vərdişlərdən yayınmaq, siqaret, qəlyan, yağlı, şirin qidalardan çəkinməliyik.  

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, insanlar viruslara,xəstəliklərə yoluxmaması üçün düzgün qidalanmalıdırlar:

“İmmunitetimizim güclü olması üçün normal qidalanmaq lazımdır. Həddən artıq karbohidratdan, şirniyyatlardan istifadə etmək, az hərəkətlilik və bu kimi şeylər immunitetimizə çox böyük zərbə vurur. Vitaminli qidalar,  mer-meyvə, proteinlər qəbul etmək, çox hərəkətli olmaq, açıq havada gəzmək, fiziki aktivlik immun sistemini möhkəmləndirən əsas amillərdir. İnsanlar çox tənbəlləşiblər. Çox qida qəbul edir, oturaq həyat tərzi, keçirirlər. Təbii ki, pandemiyadan sonraki dövür, koronavirus həyat tərzimizə izsiz  ötüşməyib, orqanizimimizdə xeyli təlatümlər yaradıb. İmmun sistemimizi zəiflədib. Bundan başqa zəifləmiş immun sistemi fonunda , müxrəlif yuxarı tənəffüs sisteminin infeksiyaları, qrip və müxtəlif viruslar fəallaşıb.  Çox hərəkət etmək, tənbəlləşməmək lazımdır. Çünki bütün bunlar immum sisteminin zəifləməsinin əsasında dayanır ki, daha sonra digər xəstəliklər də çox asanlıqla baş qaldırır”.

Xəbər xətti