Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xanım əməkdaşlara bayram təbrikinin təqdimatı müzakirələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, Komitə əməkdaşı zala daxil olaraq xanım əməkdaşların adlarını çəkib və onlara işlərində yol verdikləri nöqsanlara görə töhmət verilirmiş kimi mətni səsləndirib. Sonda töhmət deyil təbrik alan xanım əməkdaşların qısa müddətdi narahatlığı təbəssümlə əvəzlənib.
Amma bu təbrik birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bildirilib ki, xanımlara stress yaşadaraq təbrik etmək düzgün deyil.
Bunu sürpriz kimi qiymətləndirənlər də olub. Qurum müzakirələrə münasibət bildirməyib.
///yenisabah