Şəki və Zaqatala müəllimləri üçün təlim keçirilib - FOTO

14:18 - 8 Mart 2024 - Cəmiyyət

Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər davam edir.

Ucnoqta.az xəbər verir ki, növbəti belə təlimlər Şəkidə və Zaqatalada baş tutub. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şəki şəhər 11 nömrəli məktəbdə 250-dək Şəki ibtidai sinif müəllimi, Zaqatala şəhər akademik Z. Əliyeva adına Texniki Fənlər Təmayüllü Liseydə isə 150-dək Zaqatala ibtidai sinif iştirak edib.

Təlimin əsas mövzusu şagirdlərin dərslərə köklənməsinin artırılması və dərsləri daha yaxşı mənimsəməsinin təmin olunması olub.  
Təlimdə karyera-psixologiya üzrə mütəxəssis, ABŞ-ın Milli Karyera İnkişafı Assossiasiyasının üzvü, DİM-in “Abituriyentin bələdçisi” kitabının və İSİM metodikasının müəllifi Samir

Vəliyev ibtidai sinif şagirdlərinin düzgün inkişaf yolları, şagirdlərin dərslərə köklənə bilməsi üçün hədəfin necə formalaşdırılması və digər məsələlər barədə müəllimlərə əhəmiyyətli tövsiyyələr verib. 

Qeyd edək ki, İSİM layihəsində layihəsində aktiv iştirak edən müəllimlər Layihə müəllimi adını qazanırlar və onlar öz şagirdlərini İSİM metodikası ilə inkişaf etdirirlər.
 


Xəbər xətti