BŞİH Novruz iməciliyində iştirak etməyə çağırıb

10:00 - 7 Mart 2024 - Xəbər

Yaz mövsümünün başlanması və Novruz Bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin müraciətində qeyd olunub.

“Paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırırıq”, - müriacətdə deyilir.

Xəbər xətti