Sərdar Ortac Bakıya gəlir

18:15 - 6 Mart 2024 - Xəbər

Türkiyənin məşhur müğənnisi Sərdar Ortac Bakıda konsert verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert aprelin 5-i Heydər Əliyev Sarayında baş tutacaq.

Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 395 manatdır.

Xəbər xətti