“Facebook”da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

20:34 - 5 Mart 2024 - Cəmiyyət

“Facebook”da yaranan qlobal problem aradan qaldırılıb.

Ucnoqta.az xəbər verir ki, hazırda istifadəçilər sözügedən sosial şəbəkə platformasındakı profillərinə daxil ola bildiklərini bildiriblər.

Qeyd edək ki, “Instagram” və “Threads” sosial şəbəkələrinə girişdə yaranan məhdudiyyət davam edir.

20:24

"Facebook" hazırda texniki səbəblərdən əlçatan deyil. Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz.

Ucnoqta.az xəbər verir ki, bu barədə feysbuk sosial şəbəkəsinin girişində yazılıb.

"Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı gözlədiyiniz üçün təşəkkür edirik", - elanda deyilir.

19:47

“Facebook” və “İnstagram”da qlobal problem yaranıb.

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin avtomatik hesabdan çıxışı müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.

 

Xəbər xətti