50 ildir yalnız su və sərinləşdirici içkilərlə yaşayır! 75 yaşlı qadın yarım əsrdir...

06:10 - 4 Mart 2024 - Xəbər

Vyetnamın Quang Binh əyalətindəki Loc Ninh kommunasından olan qadın Bui Thi Loi yaşına görə əla formada görünür, bu da onun pəhrizini daha da heyrətamiz edir. Yaşlı qadın yarım əsrdir su və sərinləşdirici içkilərlə dolandığını və heç vaxt bərk qidalara üz tutmadığını deyir.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, hər şeyin 1963-cü ildə dağa dırmaşarkən onu ildırım vurması ilə başladığını deyir. O, huşunu itirdiyini və sağ qalsa da, bundan sonra heç vaxt əvvəlki kimi olmadığını bildirir.

O deyir ki, özünə gələndən sonra dostları günlərlə heç nə yemədiyi üçün ona şəkərli su verməyə başlayıblar.
Xanım Bui Thi Loi ildırım vurduqdan sonra bir neçə il ailəsinin və dostlarının təkidi ilə bərk qidalar, xüsusilə də meyvələr yeməyə davam etsə də, heç vaxt belə qidalara ehtiyac duymayıb.

1970-ci ildən bərk qidalardan tamamilə imtina edərək, ancaq su və digər içkilərlə dolanmağa başlayıb. Onun soyuducusu və dondurucusu şüşə su və şəkərli sərinləşdirici içkilərlə doludur.

75 yaşlı qadın ürək bulanmasına sadəcə yemək qoxusunun kifayət etdiyini, uşaqları böyüyəndə daima yemək hazırladığını, lakin heç vaxt öz yeməyini yemədiyini iddia edir.
İndi uşaqları böyüyüb köçüb getdiyi üçün mətbəxi demək olar ki, tərk edilib. Maraqlıdır ki, o, qəribə pəhrizinə görə uşaqlarını heç vaxt əmizdirə bilmədiyini də deyir.
Həkimlər balanslaşdırılmış pəhrizin sağlam həyat üçün vacib olduğunu vurğulayırlar, lakin Bui Thi Loi üçün o, su əsaslı pəhrizinin sağlam və enerji dolu qalması üçün kifayət etdiyini deyir.

Vyetnamın Qidalanma Departamentinin həkimlərinin fikrincə, şəkərli içkilər ehtiyac anlarında orqanizmin enerjisini tez bir zamanda doldurmağa kömək edir və orqanizmin həzm sisteminin fəaliyyətini dəstəkləyir.
Bununla belə, qazlı içkilərin insan sağlamlığı üçün təhlükəli ola biləcəyini, piylənmə, şəkərli diabet, yüksək təzyiq, ürək-damar xəstəlikləri kimi problemlər yarada biləcəyini vurğulayırlar.
 

Xəbər xətti