Sosial yardım alanlara ŞAD XƏBƏR: Pullar ...

13:08 - 18 Dekabr 2023 - Cəmiyyət

Ünvanlı sosial yardım dekabr ayı üçün hər zamankından daha tez ödəniləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, dekabr ayının sosial yardımları bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunlaşacaq.

Qeyd edək ki, ünvanlı sosial yardım adətən ayın sonlarında - 25-indən sonra ödənilməyə başlanılırdı.///Trend.az

Xəbər xətti