Cəlilabadda qadını maşın vurub öldürdü

20:37 - 16 Dekabr 2023 - Xəbər

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, "Niva" markalı avtomobil yolu keçən piyada Lalə Rüstəmovanı vurub. 

L.Rüstəmova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti