Gəncədə 66 yaşlı piyadanı avtomobil vurub
Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan avtomobil 1956-cı il təvəllüdlü Şahismayıl Xeyirxəbərovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.///apa