Biznes sinfi ilə səyahət edənlər 32 kq-dan artıq olmayan baqaj üçün iki yer ala biləcəklər
«Azərbaycan Hava Yolları» QSC beynəlxalq istiqamətlərdə qeydiyyatdan keçirilən baqajın yeni daşınma normasının yerlərin miqdarına görə hesablanması üzrə sadələşdirilmiş siyasət tətbiq edib. QSC-dən verilən məlumata görə, indi biznes sinfi ilə səyahət edən sərnişinlər ağırlığı 32 kiloqramdan artıq olmayan baqaj üçün iki yer ala biləcəklər. Ekonom sinif sərnişinləri isə ağırlığı 23 kiloqramdan artıq olmayan baqaj üçün bir pulsuz yer əldə edə bilərlər.
Emin