Amerikadan «qarışıq model»
Ceyms Steynberq Qarabağın danışıqlarda tərəf kimi iştirakını məqbul saymayıb
ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq bildirib ki, Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyinetmə prinsipini bir araya gətirmək olar.
“Əminəm ki, bu mümkündür”, deyə Steynberq Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
Jurnalistin “nə vaxt Qarabağ tərəfi danışıqlar prosesində birbaşa iştirak edəcək?” sualına isə Steynberq belə cavab verib: “Hazırda bizdə düzgün çərçivədir. Həmçinin düşünürəm ki, Minsk Qrupu prosesi effektivdir və bu yolla gedəcəyi təqdirdə düzgün olacaq”. Steynberq qeyd edib ki, Amerika tərəfi Qarabağla bağlı danışıqlara çox böyük əhəmiyyət verir.
“Düşünürəm ki, Dağlıq Qarabağ kimi çətin məsələlərdə əldə ediləcək irəliləyiş regionun bütün xalqlarının xeyrinə olar. Buna görə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ tərəflərə həll yolu tapmaqda kömək etmək üçün üzərinə götürdüyü öhdəliyə sadiq qalacaq”.
Qızılgül





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər