Azərbaycan Parlamentinin spikerinin İrana səfəri tarixi müəyyənləşib
Azərbaycan Parlamentinin spikeri Oktay Əsədov fevralın 20-22-i İrana rəsmi səfər edəcək. Bu barədə Azərbaycanın İrandakı səfirinin məsləhətçisi İlham Zamanov Trend News-a məlumat verib.
Əsədovun Tehrana iranlı həmkarı Əli Laricaninin dəvəti üzrə səfəri bu ölkənin eks-spikeri Qulaməli Xədat Ədilyanın ölkəmizə səfərinə cavab olacaq.
Səfər zamanı Əsədovun İran Prezidenti Mahmud Əhmədinejad, XİN-nin rəhbəri Mənüçöhr Möttəki və digər rəsmi şəxslərlə görüşü gözlənilir.
Bu yazını qiymətləndir


Saytın redaktoru:



Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər