Siyavuş Novruzov: «Müxalifət partiyalarının fəaliyyəti şəffaf deyil»
«Müxalifət partiyalarının parlament seçkisi öncəsi bir-birinə qarşı ittihamlar səsləndirməsi gözlənilən idi». Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov day.az–a açıqlamasında bildirib. «Onlar öz maraqlarını hər şeydən üstün tuturlar. Müxalifət partiyaları bir-birlərini yaxşı tanıyırlar. Onların fəaliyyətində şəffaflıq yoxdur. Onların bir-birini xarici qüvvələr tərəfindən dəstəklənməkdə günahlandırması da bununla bağlıdır», - deyə S.Novruzov qeyd edib. Xarici qüvvələrin müxalifət partiyalarına maliyyə dəstəyi verdiyini deyən S.Novruzov düşünür ki, seçki ərəfəsində bu yardım artdığından, onlar bu vəsaiti bölüşdürməkdə çətinlik çəkirlər: «Buna görə də, bir-birlərini xarici qüvvələrə işləməkdə günahlandırırlar».





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər