Aydın Əliyev: "Avro-2 ilə bağlı layihə hökumətə təqdim ediləcək"
“Ölkəyə gətirilən və dövriyyədə olan bütün avtomobillər bu standartlara cavab verməlidir”
İyulun 1-dən Azərbaycanda Avro-2 yanacaq standartlarının tətbiqi nəticəsində ölkəyə ilk növbədə ən köhnə avtomobillərin idxalı məhdudlaşdırılacaq. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, hazırda bu sahədə xarici ölkələrin təcrübəsi öyrənilir və yaxın vaxlarda təkliflər hökumətə təqdim ediləcək. Onun sözlərinə görə, bu qaydalar iyulun əvvəlindən başlayaraq təbiq ediləcək. «Azərbaycana idxal olunan, eyni zamanda ölkədə dövriyyədə olan bütün avtomobillər Avro-2 standartlarına cavab verməlidir. Sonradan Avro-3 standartlarına da keçməliyik. Buna biz artıq indidən hazırıq”, deyə A. Əliyev qeyd edib. Komitə rəhbərinin sözlərinə görə, ikinci məsələ isə riaritet avtomobillərin, yəni köhnə maşınların idxalı ilə bağlıdır. “Avropanın bir çox ölkələrində bu təcrübə uzun illərdir ki, tətbiq olunur. Biz də bu qaydaları öyrənəcəyik və bu yeni qaydalarla bağlı layihəni hazırlayaraq hökumətə təqdim edəcəyik”, deyə A. Əliyev bildirib.
Emin





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər