Hovard Berman erməniləri məyus edib
Qətnamənin gələcəyi qaranlıqdır
«ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarından sonrakı gün biz qətnamənin ABŞ Nümayəndələr Palatasının plenar iclasının gündəliyinə daxil edilməsi istiqamətində atılacaq addımları müzakirə etmək üçün komitənin sədri Hovard Bermanla görüşdük. Berman isə bizə konkret cavab vermədi. Belə ki, bu məsələdə hər hansı proqnoz vermək kifayət qədər çətindir”. Bu sözləri Respublika Partiyasının səlahiyyətlisi Koryun Naqapetyan bildirib.
Onun sözlərinə görə, Berman sadəcə olaraq ümid etdiyini bildirib ki, qətnamə ABŞ Konqresində keçiriləcək noyabr seçkilərinədək Palatanın plenar iclasının gündəliyinə daxil ediləcək. "Hazırkı konqres 2010-cu ilin noyabr ayına qədər fəaliyyət göstərəcək. Bu müddət bitənədək qətnamə ABŞ Konqresinin Nümayəndələr Palatasının plenar iclasının gündəliyinə daxil edilməlidir", deyə Naqapetyan əlavə edib.
Xatırladaq ki, erməni xəbər agentlikləri bu xəbəri mümkün qədər nikbin ruhda təqdim etməyə çalışıblar. Belə ki, onlar qətnamənin Nümayəndələr Palatasında noyabr ayınadək müzakirəyə çıxarılacağını xəbərin əvvəlində təqdim etməklə ermənilərin havadarı – Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermanın bununla bağlı qəti cavab verə bilməməsini ört-basdır etməyə çalışıblar. Əslində isə xəbərdən də göründüyü kimi, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Hovard Berman nikbin danışmayıb. Bu isə çox güman ki, ABŞ Adminstrasiyasından verilən bəyanatlardan irəli gəlir.
Hüseyn





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər