ANA SƏHİFƏ
Bakının 30 məktəbində 9 günlük tətil elan olundu
SOSİAL
Bakının bəzi mərkəzi yolları bağlandı
SOSİAL
Yol polislərinə lüğət paylanıldı
ANA SƏHİFƏ
"Sizin əsgərləriniz mənim anamı bətnindəki körpə ilə birlikdə qətlə yetiriblər"
Fotosessiya



Koşə yazarları


Əsas səhifə | OXU ZALI |  “Şeir yazdığım qadını 70 yaşımda yenidən gördüm”
 “Şeir yazdığım qadını 70 yaşımda yenidən gördüm”
Şriftin ölçüsü: Decrease font Enlarge font
image

Nəriman Həsənzadə: “Sevdiyi sənətlə məşğul olan insan qocaldığını hiss etməz”

1931-ci il fevralın 18-də 63 yaşlı kişinin ailəsində ilk və tək uşaq dünyaya gəlir. Bu onun birinci uşağı deyildi. İllər öncə ailə qurub, müxtəlif səbəblərə görə boşanan Əliməmməd kişi 24 yaşlı Nabat adlı qızla ailə qurur. Cəmi iki illik tarixi olan bu evliliyin yadigarı isə 81 il öncə dünyaya gələn Nəriman Həsənzadədir. Bu gün doğum gününü qeyd edən şairlə həmsöhbət olub, ötən günlərə boylanmağa çalışdıq. Budəfəki “Şənbə qonağı”mız xalq şairi Nəriman Həsənzadə 90 yaşa gedən yolda ürəyindəkiləri bizə danışdı.
 

- Artıq 90 yaşa doğru addımlayırsınız. Yaşın bu çağında hansı hissləri keçirirsiniz?

- Mürəkkəb hisslər keçirirəm. Ürəyim doludur, yazmaq istəyirəm. Atalar misalında da səksən, doxsan deyilir. Heç atalar da yüz deməyiblər. Hər halda bunun da səbəbi var.

- Deyirlər ki, əsas insanın ürəyi, hiss etdiyi yaş cavan olsun. Bəs daxili dünyanın cavan olması üçün nə etmək, necə həyat yaşamaq lazımdır?

- Çox maraqlı sualdır. Ancaq düşünürəm ki, bunun üçün ilk olaraq hər kəs öz işi ilə məşğul olmalıdır. Ürəyi istədiyi işi görməlidir. Başqa iş insanı qocaldar. Mən şairəmsə, şeirimi yazıb, yaradıcılığımla məşğul olmalıyam. Çünki, insan istədiyi işi görəndə daha həvəsli olur, daha çox istədiyini edə bilir. Sevdiyi sənətlə məşğul olan insan qocaldığını hiss etməz.

- İstərdim ki, illər öncəyə boylanaq. Ananızın yuxuda gördüyü Çoban Əfqanla söhbətindən danışaq...

- Onu anam yuxusunda görmüşdü. Bir qoca kişi yuxuda ona deyib: “Mənim adım Çoban Əfqandır. Sənin oğlun şairdir, şeir yazsın”. Anam qorxub. Öz ifadəsiylə dil-ağız eləyib: “Qoyun, qoç sənə qurban olsun, mənim oğlum şair deyil”. Qoca deyib, “yox, sən ona de”. Anam danışdı, qonşular gülüşdülər: “Nəriman şair olub”, - dedilər. Elə şey yox idi, axı. Heç bu barədə fikirləşmirdim.

- Maraqlıdır, yuxuda kəşf olunan şairliyinizin səbəbkarı Çoban Əfqanın borcunu qaytarmaq üçün vəd etdiyiniz kitab nə zaman hazır olacaq?
- Hazırda 7 cildlik kitabın 6-cısı üzərində çalışıram. Bundan başqa, Türkiyədə “Nabat xalanın çörəyi”nin hazırlanmasına və eyni zamanda lirik şeirlərdən ibarət kitabın çap işlərinə başım qarışıq idi. İndi artıq Çoban Əfqanın şeirlərini toplayıb, çap etdirməklə məşğulam. Siz də qeyd etdiyiniz kimi, onun borcunu qaytaracağımı demişəm. Söz verdiyim kimi kitabını çap etdirəcəm. 70 yaşımda yuxumda görmüşdüm. Xatirəmdə qalan o simanın rəsmini rəssama tərif edib, çəkdirəcəm. Çünki, o, bu xalqın şairidir. Həm də mən ona borcluyam. Minnətdaram ki, bir daha xatırlatdınız.

- Yəqin razılaşarsınız ki, bu gün ali məktəblərdə tələbələrlə yaradıcı insanların görüşü çox gec-gec təşkil olunur. Sizcə, bu cür görüşlərin təşkili və təbliği daha məqsədəuyğun olmazmı?

- İnanın ki, bu bizim günahımız deyil. Əvvəllər tez-tez təşkil olunurdu. Ədəbiyyat, poeziya təbliğ olunurdu. İndi sanki başqa zaman gəlib, başqa adətlər. Ancaq bu o demək deyil ki, ədəbiyyatımız inkişaf etmir. Az da olsa görüşlər olur və vaxt tapdıqca iştirak etməyə çalışıram.

- Əvvəllər yazı çap olunanda müəllifə qonorar verərdilər. İndi isə əksinə müəllif yazısının çap olunması üçün qonorar ödəyir. Sizcə, bu nüans yaradıcılığa öz təsirini göstərirmi?

- Mənə çox böyük hörmət bəsləyirlər. Bunun üçün də xüsusi təşəkkür edirəm. Çap edən də, redaktor da diqqətini göstərir. Məsələn, bir insan  var ki, mənim 7 cildlik kitabımı özü nəşr etdirir. Çox qeyri-adi, sənətsevər bir insandır. Yeri gələndə özümü ona da borclu hesab edirəm. Deyir ki,”yox, Nəriman, elə deyil”. Kitablarım çap olunduğu üçün mən də onları satmaq ehtiyacı duymuram. Ona görə də hədiyyə edirəm. Ancaq hazırda bazar iqtisadiyyatı dövrüdür. Hər şey alınıb, satılır. İndi sən özün kitabını çap etdirib, satmalısan.

- Bu vəziyyəti balanslamaq üçün nə etməliyik? Kasıb bir ailənin övladı olan Nəriman Həsənzadə heç vaxt öz cibinin gücünə kitab çap etdirə bilməzdi. Əgər ona dayaq olmasaydılar, o da bu gün Azərbaycanın Xalq şairi ola bilməzdi. Bu cür şansı olmayan insanlara necə kömək etməli?

- Mənim qarşıma hər zaman yaxşı adamlar çıxıb. Hər zaman deyirəm ki, Mir Cəlal mənə atalıq edib. İndi də onun bağışladığı evdə qalıram. O, oğlunun evini mənə verdi. Onlar mənə həm maddi, həm mənəvi dayaq olublar. İndi cənab Prezident gənclərin kitablarının çap edilməsi üçün vəsait ayırıb. Həmçinin, klassik əsərlərin yenidən çapına da başlanılıb. Bu böyük dayaqdır. Yenidən çap olunması kitaba marağı artırdı. İnsanlar artıq kitabdan uzaqlaşırdılar. Kitabların dövlət hesabına çap edilməsi həm müəllifə, həm də oxuculara hədiyyədir.

- Deyirlər şairlərin öz dünyası var. Maraqlıdır, öz dünyası olan Nəriman Həsənzadə müasir zamanla ayaqlaşa bilirmi? Və ya ayaqlaşmağa çalışırmı?

- Çox sağolun, ağıllı sualdır. Düşünürəm ki, şair hər dövrdə yaşayır, bütün dövrlərə aid olur. Məsələn, Homer bizim eradan əvvəl yazıb. Amma onun “İlliada” əsəri bu gün də yaşayır. O cümlədən Puşkin, Səməd Vurğun, Nizami Gəncəvi, Füzuli yaşayır. Bizim müğənnilər səhərdən axşama kimi Füzulidən oxuyurlar. Şairin cavanı, qocası yoxdur. Kim yaxşı yazırsa, o da şairdir. Şair, yazıçı köhnəlir deyənlər, Homer, Höte nə vaxtdan köhnəlib? Bu gün orta məktəb uşaqları Puşkinin əsərlərini əzbər deyər. Məsələn, muğama “köhnəlib” demək olar? Muğam necə köhnələ bilər axı? Muğam bu millətin mənəviyyatıdır, ruhudur. Əlbəttə, muğamı sevməmək də olar, ancaq bu yenə də muğamdır. Sənətə bu cür baxmaq düzgün deyil. İnsanın yaşına görə cavandı, qocadı, demək olar, ancaq sənətinə görə yox. Roma xalqının belə bir misalı var - “Şair anadan doğulur, ancaq natiqi cəmiyyət yetişdirir”. Əgər bu anadan şair doğulubsa, elə ömrünün sonuna qədər yazacaq. Yox əgər doğulmayıbsa, onda heç nə alınmayacaq. Bu ədəbi taledir. Bəzən olur ki, çox məşhur yazıçı adiləşir. Konstantin Semonov yadınızdadırsa, 7-8 dəfə Stalin mükafatına layiq görülüb, amma indi yoxdu.

- Maraqlı məqama toxundunuz – şairin adiləşməsi... Bəs hər zamanın şairi olub, adiləşməmək üçün nə etmək lazımdır? Xüsusən də fərqli tələbatları olan 21-ci əsrdə...

- Adiləşməmək üçün hər zaman mütaliə etmək vacibdir. Gərək xalqın, xüsusən gəncliyin arasında olasan, Vətənini, dövlətçiliyini unutmayasan. Mən sovet dövründə yaşamışam. Hər zaman arzulayırdım ki, təyyarəmiz olsun və sərhədi pozsun. Sonra qəzetlər yazsın və mən də kef edim. (gülür) İndi maşallah təyyarələrimiz göylərdə uçur, baxanda gözüm dolur. “Azərbaycan ordusu” deyəndə “ordu” kəlməsi məni yaşadır. Çünki, bu Azərbaycanın ordusudur. Bugünkü gənclik məni sevindirir. Kimsə ağsaqqal deyəndə sevinirəm. Bunlar məni sevindirir, yaşadır. İnsan o vaxt qocalır ki, tək qalır dünyada.

- Uzun illərdir ki, bu həyatda birgə addımladığınız həyat yoldaşınızın ayrılığını ətrafındakıların sevgisi ovuda bilirmi?

- Əlbəttə, o hər zaman mənim yadımdadır, unudulmur. Onun yeri həmişə görünür. Mən həmişə deyirəm ki, qadın müqəddəsdir. Pis qadın yoxdur. Qadını pis edən kişidir. Qadına pərəstiş edəndə o da səni çox istəyir. Qadına yaxşı münasibət göstərəndə, o da sənə ikiqat yaxşı olur. Qadın heç zaman borclu qalmır. Mən həyat yoldaşımla səadət dolu ömür yaşadım. Söhbətdən yayınsaq da, bir hadisəni danışmaq istəyirəm. Dünən akademik Arif Paşayev kimsəsizlərlə görüşdü. Qoca ana-atalarını kimsəsizlər evinə atan insanları görəndə dəhşətə gəlirəm. İnsan ata-anasını necə ata bilər? Bu, Avropadan gələn “mədəniyyət”dir. Orda texnologiya inkişaf edib, mənəviyyat isə bizdədir. Elə istəyirəm ki, Avropa gəncliyi ilə görüşüb, başa salım ki, onlarda mənəviyyat yoxdur. Ailə dəyərləri onlarda yoxdur. Avropada valideynini döyəndə, cavab qaytarıb, üzünə ağ olanda qəzetdə, televiziyada verirlər. Əlbəttə, bizdə də bu cür hallar olur, ancaq çox nadir hallarda. Bizim gənclər maşını saxlayıb “buyur ağsaqqal” deyəndə ürəyim fərəhlənir. Var olsun belə gənclik.

Açın varaq-varaq oxuyun məni
Qalın qovluqların biri də mənəm
Sözümü deməyə gəlmişəm, Vətən
Fəxr etdiyim xalqın fəxri də mənəm.

İstiqlal yolunda millət and içib
And içən millətə Nəriman and iç!

Nəriman müəllim, kiçik bir hissəsini təqdim etdiyimiz bu şeirlə oxucularınızın xatirələrini oyadırsınız. Bəs bu şeir Sizin özünüzdə hansı xatirələri oyadır?

Yerdə maşın şütüyüb,
göydə ulduz axacaq.
Görüşdən qayıdanlar
qabağına çıxacaq,
yadına düşəcəyəm.
...
Deyirdin ki, birtəhər,
unudaram mən səni.
Unut,
birtəhər unut,
bacarsan əgər, unut...

Bu şeirin hekayəsini ilk olaraq sizə açıqlayıram. Məni əsgər aparanda bu şeiri yazmışdım. Gənc olanda insana elə gəlir ki, hər şey əbədidir. Həyatını müəyyən edə bilmir. Həyat çox qəribədir. Bir zamanlar şeir yazdığım o qadını 70 yaşımda yenidən gördüm. Onu görəndə məəttəl qaldım. Sonra isə bu şeiri yazdım.

Yaram təzələndi görəndə səni
Özüm də bilmədim heç niyə, ceyran
Gənc tələbəlik illəri hanı?
Qaytara biləydim geriyə, ceyran

Bir az kökəlibsən, saça dən düşüb
Gözlərin gözəldir, eləcə, ceyran
Bir az elə bil ki, səs kökdən düşüb
Çoxmu dəyişmişəm, mən necə, ceyran.

Aysər Həsənli

216 dəfə oxunub
18/05/2012 20:06:00 “Bu cür söhbətlər istənilən məşqçiyə pis təsir edir”
18/05/2012 20:04:00 “Real"dan gedə bilərəm”
18/05/2012 20:03:00 Bakıda yeni avtovağzal kompleksi tikiləcək
18/05/2012 20:00:00 Türkiyə – Azərbaycana qardaş və dost olan ölkə
18/05/2012 19:54:00 Nar Mobile abunəçilərinin nəzərinə
18/05/2012 18:25:00 Hüquq müdafiəçisi monitorinq keçirib
18/05/2012 18:14:00 “Amerika hökuməti Azərbaycandan keçməyəcək”
18/05/2012 17:26:00 Saxta mallar satan mağaza aşkarlandı
18/05/2012 17:20:00 Qarabağda itkin düşənlərlə bağlı qanun hazırlanacaq
18/05/2012 17:18:00 Çaylarımızdakı vəziyyət açıqlandı
18/05/2012 17:15:00 Şəkidə 4 bal gücündə zəlzələ oldu
18/05/2012 17:14:00 BDU-da Atatürkü anma, Gənclik və İdman Bayramı qeyd edilib
18/05/2012 17:10:00 “Eurovision”la bağlı paytaxtdakı qeydiyyatsız əcnəbilərə qarşı tədbirlər keçirilir
18/05/2012 17:08:00 “Bakı Kristal Zalı”nda motosikletli təmsilçi – FOTO
18/05/2012 16:10:00 Norveç və Makedoniyanın "Eurovision-2012" təmsilçiləri nərd oynayıb
18/05/2012 16:08:00 “Facebook” bu gündən səhmlərini satışa çıxarır
18/05/2012 16:06:00 Zəlzələ bölgəsində qəzalı evlərin söküntüsünə başlanılıb
18/05/2012 16:05:00 “Dağlıq Qarabağla bağlı hesabat üzərində iş gedir”
18/05/2012 16:03:00 Azərbaycanda seysmik enerjinin həcmi artıb
18/05/2012 15:14:00 «Qarapapaqlar» jurnalının beş illiyi qeyd ediləcək
18/05/2012 15:09:00 Müxalif gənclərin yürüş planı fərqli fikirlərə səbəb oldu
18/05/2012 15:02:00 Şura QHT layihələrini yalnız elektron formada qəbul edəcək
18/05/2012 14:59:00 Azərbaycanlı model ana oldu
18/05/2012 13:56:00 Avro həm dollar, həm də manat qarşısında dəyərsizləşir
18/05/2012 13:52:00 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18/05/2012 13:39:00 «İran və Rusiya səfirliyi bütün tədbirlərə dırnaqarası yanaşırlar»
18/05/2012 13:25:00 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18/05/2012 13:23:00 Müasir Azərbaycan təhsilinin inkişafında örnək
18/05/2012 13:21:00 Xanım deputatdan beynəlxalq təşkilatlara cavab
18/05/2012 13:20:00 Sahibə Qafarova: «Azərbaycanın uğuru hər birimizin uğurudur»
18/05/2012 13:17:00 Bakı Musiqi Akademiyası “Univision”un qalibi oldu
18/05/2012 13:15:00 “Baku Crystal Hall” 3D formatında nümayiş etdirilib
18/05/2012 13:11:00 Azərbaycanda əhalinin nə dərəcədə şüalanmaya məruz qaldığı öyrəniləcək
18/05/2012 13:09:00 Əli Həsənov: «Rusiya vətənə xəyanət edən Rəhim Qaziyevdən istifadə edib»
18/05/2012 13:07:00 FHN marketin yanması ilə bağlı məlumat yaydı – FOTO
18/05/2012 13:05:00 Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olub
18/05/2012 13:02:00 Erməni mənşəli malları Azərbaycana Gürcüstandan alverçilər qrupu gətirir
18/05/2012 12:21:00 Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
18/05/2012 12:19:00 “Bakı”nın ilk transferi
18/05/2012 12:18:00 ATƏT PA-nın 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək
18/05/2012 12:12:00 Nani "Mançester Yunayted"dən ayrılır
18/05/2012 11:32:00 Bakının məşhur marketində güclü yanğın
18/05/2012 11:23:00 Maliyyə Nazirliyi büdcə sənədini Milli Məclisə təqdim edib
18/05/2012 11:22:00 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18/05/2012 11:19:00 Azərbaycanla Ermənistan arasında “duz döyüşü”
18/05/2012 11:18:00 Ermənilər atəşkəsi pozub
18/05/2012 11:13:00 Laçın rayonunun işğalından 20 il ötür
18/05/2012 11:12:00 Rayonlarda temperatur 33 dərəcəyə çatacaq
18/05/2012 11:10:00 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
17/05/2012 20:15:00 Nağdsız ödənişlərlə bağlı xüsusi tədbirlər planı hazırlanıb



   
Bütün haqlar qorunur
"ucnoqta.az" saytı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi layihənin icrasına uyğun zənginləşdirilib
De-mar.net Studiyasında hazırlanıb