Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

11:17 - 30 İyun 2020 tarixində dərc olunub.

Gürcüstan həbsxanalarında 103 Azərbaycan vətəndaşı cəza çəkir.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) may ayı üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, bu göstərici ötən ayla müqayisədə 3 nəfər azdır.
Həbsdə olanlardan 90 nəfər məhkum edilib, onlardan 81-i kişi, 9-u isə qadındır.
Barələrində məhkəmə hökmü olmayan 13 Azərbaycan vətəndaşından 8-i kişi, 5-i isə qadındır.///Apa

Müəllif: