Ucnoqta.az
www.ucnoqta.az

Salyan sakinindən odlu silah götürülüb

12:29 - 29 İyun 2020 tarixində dərc olunub.

Salyan sakinindən odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Peyk kənd sakini H.Fərəcovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və 8 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: