Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

22:08 - 23 İyun 2020 tarixində dərc olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 23-nə olan statistik göstəriciləri açıqlayıb. Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 464 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 432 858 test aparılıb. Aktiv xəstə sayı 6 045 nəfərdir, onlardan 168 nəfər reanimasiyadadır, 32 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Müəllif: