Ucnoqta.az
www.ucnoqta.az

Astarada bir nəfər dənizdə batıb

17:43 - 23 İyun 2020 tarixində dərc olunub.

Astarada bir nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: