Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə bir nəfər Kür çayında batıb -<font color=red><b> FHN axtarış aparır</b></font>

17:40 - 22 İyun 2020 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: