Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

23:25 - 21 İyun 2020 tarixində dərc olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 947 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 422 049 test aparılıb. Aktiv xəstə sayı 5 776 nəfərdir, onlardan 165 nəfər reanimasiyadadır, 37 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Müəllif: