Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək

18:11 - 21 İyun 2020 tarixində dərc olunub.

Gürcüstanda olan daha 178 Azərbaycan təxliyə ediləcək.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq. Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.///Apa

Müəllif: