Ucnoqta.az
www.ucnoqta.az

DİM Bakı, Gəncə və Lənkəranda vətəndaşların qəbulunu dayandırır

10:33 - 20 İyun 2020 tarixində dərc olunub.
Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimin tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına uyğun olaraq 2020-ci il iyunun 22-dən etibarən DİM-in Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, DİM-in digər şəhər və rayonlarda yerləşən inzibati binalarında vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə qeyri-iş və imtahan günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək həyata keçirilir. Bundan əlavə, vətəndaşların müraciətləri 1653 "Çağrı Mərkəzi" vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.
Müəllif: