Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşdu- <font color=red><b>xəsarət alan var</b></font>

22:02 - 19 İyun 2020 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sahil qəsəbəsində, “Mayak” adlanan ərazidə hərbi hissənin yanında qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Musayev Vasif İkram oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.///report

Müəllif: