Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Baş Nazir karantin rejiminin uzadılması barədə qərar imzaladı</b></font>

17:18 - 19 İyun 2020 tarixində dərc olunub.

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi müddətinin uzadılması barədə qərar imzalayıb.


Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.

Müəllif: