Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda bir sutkada 665 nəfər koronavirusa yoluxdu

12:30 - 18 İyun 2020 tarixində dərc olunub.

Ermənistanda koronavirusa yoluxanların sayı 18 698 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 665 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 309 nəfər koronavirusdan ölüb, 10 818 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Müəllif: