Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>XİN</b></font>: Bu gün Rusiyada olan daha 152 vətəndaşımız Azərbaycana gətiriləcək

17:43 - 17 İyun 2020 tarixində dərc olunub.

Rusiyada müvəqqəti olan və geri dönmək istəyən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir.

Bunu Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, bu gün hava yolu ilə 152 vətəndaşımız Azərbaycana gətiriləcək. Onlardan 146 nəfər böyük, 6 nəfər isə azyaşlıdır.

Müəllif: