Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda 10 yaşlı uşağı maşın vurub

10:23 - 17 İyun 2020 tarixində dərc olunub.

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Məlumata görə, Xaçmaz şəhər sakini, 2010-cu il təvəllüdlü Nadirov Nihad Əzizağa oğlunu maşın vurub. Qəza nəticəsində azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.///Apa

Müəllif: