Ucnoqta.az
www.ucnoqta.az

Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər

09:15 - 17 İyun 2020 tarixində dərc olunub.

Azərbaycanda direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsinin müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir:

"Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulunun avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm".///trend

 

Müəllif: