Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

22:39 - 16 İyun 2020 tarixində dərc olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 16-na olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 801 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 391 699 test aparılıb. Aktiv xəstə sayı 4 588 nəfərdir, onlardan 133 nəfər reanimasiyadadır, 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Müəllif: