Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclisin iki əməkdaşında koronavirus aşkarlanıb

11:57 - 16 İyun 2020 tarixində dərc olunub.

Milli Məclisdə “COVİD 19” koronavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Qeyd olunub ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

Müəllif: