Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda iki avtmobil toqquşdu, üç nəfər xəsarət aldı

17:15 - 14 İyun 2020 tarixində dərc olunub.

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ - 21 015" və "VAZ - 21 011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ - 21 011"in sürücüsü və "VAZ - 21 015"də olan 2 nəfər sərnişin xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: