Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşdü <font color=red><b>-Video</b></font>

15:40 - 14 İyun 2020 tarixində dərc olunub.

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti Rusiyaya yola düşüb.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Hərbi paradda hərbçilərimizin ölkəmizdə istehsal edilmiş silahlarla təntənəli keçidi olacaq.

 

Müəllif: