Ucnoqta.az
www.ucnoqta.az

Müəllimlərin işə qəbulu müsabiqəsi nə zaman keçiriləcək? -<font color=red><b> Nazirlik AÇIQLADI</b></font>

11:59 - 13 İyun 2020 tarixində dərc olunub.

Müəllimlərin işə qəbulu müsabiqəsinin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, hazırda müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi üçün işlər aparılır:
“Pandemiya ilə əlaqədar müsabiqənin hansı tarixlərdə və şərtlərlə keçiriləcəyi ilə bağlı müzakirələr aparılır. Ötən il tarixləri əvvəldən açıqlaya bilirdik. Amma bu il pandemiyaya görə indidən konkret vaxt söyləmək mümkün deyil. Sadəcə demək olar ki, imtahanlar iyul ayı ərzində olacaq. Amma iyulun hansı ongünlüyündə olacağını indi demək çətindir".///trend

 

Müəllif: