Ucnoqta.az
www.ucnoqta.az

Rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq - <font color=red><b>RƏSMİ</b></font>

18:40 - 12 İyun 2020 tarixində dərc olunub.

Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı və Abşeron yarımadasında qeydiyyatda olan bəzi şəxslər rayonlara getmək istəyirlər.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaqlar: "Karantin postları həmin şəxsləri geri qaytaracaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin".///trend

 

Müəllif: