Bu gün 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunub.
Onlayn mərasimdə ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub.
Daha sonra teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edib. Bu tədris ilinin məzunları üçün son zəngi Təhsil naziri Ceyhun Bayramov məzun olduğu 8 nömrəli tam orta məktəbdə çalıb.
Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 646 şagird bitirir.