Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub- <font color=red><b>6 nəfər ölüb</b></font>

17:09 - 11 İyun 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib.

Müəllif: