Ucnoqta.az
www.ucnoqta.az

Nazir müavinləri Ceyranbatandakı yanğın yerinə gediblər -<font color=red><b> VİDEO </b></font>

14:26 - 11 İyun 2020 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, anğının söndürülməsi üçün dərha əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: