Ucnoqta.az
www.ucnoqta.az

DSMF-nin şöbə müdiri və 6 işçi koronavirusa yoluxdu

11:15 - 9 İyun 2020 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVİD-19) testinin nəticələri pozitiv çıxıb: "Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVİD-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib”.

Müəllif: