Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tikiş sexi yanıb

23:39 - 7 İyun 2020 tarixində dərc olunub.

Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: