Ucnoqta.az
www.ucnoqta.az

Bakıda polislər hamilə qadına yardım edib- <font color=red><b>Video</b></font>

17:30 - 7 İyun 2020 tarixində dərc olunub.

Bakıda polislər hamilə qadını tibbi mərkəzə çatdırıblar.

Hadisə ötən gün axşam saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Vətəndaş axşam saat 23:30 radələrində Xəzər Rayon Polis İdarəsinin (RPİ) ərazidə xidmət aparan əməmdaşlarına yaxınlaşaraq 1985-ci il təvəllüdlü həyat yoldaşının vəziyyətinin pisləşdiyi barədə məlumat verib.

Polis əməkdaşları dərhal xidməti avtomobilləri ilə həmin vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinə çatdırıblar.

Müəllif: