Ucnoqta.az
www.ucnoqta.az

ABŞ “Taliban” mövqelərini bombaladı

19:42 - 5 İyun 2020 tarixində dərc olunub.

ABŞ aviasiyası “Taliban” radikal hərəkatının mövqelərinə zərbə endirib.

Trend-in məlumatına görə, bu, tərəflər arasında Ramazan bayramı ilə əlaqədar əldə olunmuş atəşkəsdən sonra ilk zərbələr olub.
Qeyd edilib ki, zərbələr “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqələrinə hücumlarının qarşısını almaq məqsədi ilə endirilib.

Zərbələr Fərəh və Qəndəhar əyalətlərində reallaşdırılıb. Hadisə nəticəsində həlak olanların olub-olmaması barədə məlumat verilmir.

Müəllif: