Ucnoqta.az
www.ucnoqta.az

FHN: Kürdə batan bir uşağın axtarışları davam etdirilir - <font color=red><b>YENİLƏNİB</b></font>

16:33 - 5 İyun 2020 tarixində dərc olunub.

Kürdə batan bir uşağın axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdədə kür çayında çimən uşaqlardan yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir.

***

saat 15:55

Kür çayında çimən 5 uşaq burulğana düşüb.

Hadisə Kür çayının rayonun Bərdənin Nazırlı Qılışlı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşən 2 uşaq sudan çıxarılıb. Digər 3 nəfərin axtarışları davam etdirilir.
Sudan çıxarılan iki uşağın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: