Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosu həftə sonu işləməyəcək

19:25 - 4 İyun 2020 tarixində dərc olunub.

Bakı metrosu həftə sonu fəaliyyətini dayandıracaq.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Müəllif: