Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada 2,6 ton çətənə kolu məhv edildi- <font color=red><b>Foto</b></font>

11:02 - 4 İyun 2020 tarixində dərc olunub.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 ton 640 kiloqram olan 5348 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: