Ucnoqta.az
www.ucnoqta.az

Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb - <font color=red><b>Foto</b></font>

09:25 - 4 İyun 2020 tarixində dərc olunub.

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

İyunun 3-də Binəqədi RPİ 6-cı PB və Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Biləcəri qəsəbəsi, Binəqədi şosesi ilə A.Zeynallı küçəsinin kəsişməsində fəaliyyət göstərən “Kəndimiz” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Sahib Məmmədov 1500 manat, digərləri 100 manat cərimə olunublar.///Apa

Müəllif: