Ucnoqta.az
www.ucnoqta.az

Günəşdə güclü partlayış olub

23:02 - 1 İyun 2020 tarixində dərc olunub.

NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşdə güclü partlayış qeydə alıb.

Bu barədə NASA-nın saytında məlumat verilib. Alimlərin sözlərinə görə, budəfəki partlayış 2017-ci ilin oktyabrından sonra ən güclü partlayışdır. Onun insan səhhətinə hər hansı problem yaratmayacağı, yalnız mobil rabitə və GPS siqnallarına təsir edə biləcəyi qeyd olunub.///qafqazinfo

Müəllif: